16:36 08 Mart 2021 79
Ana səhifə Xəbərlər

Vətən müharibəsində ağır yaralanaraq 5 ay sonra şəhid olan əsgər dəfn olunub

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən əsgər Balakişiyev Zamin Dadaş oğlu Sabirabadda dəfn edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

20 yaşlı şəhid əsgər Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub.

Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın