18:05 14 Yanvar 2021 55
Ana səhifə Xəbərlər

Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edilib

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu ötən il sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb.

Axırıncı dəfə oktyabrın 27-də Laçının Arpagədik kəndində olanda ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.

Yanvarın 13-də Cəlal Bayramovun şəhid olduğu ailəsinə xəbər verilib. Döyüş yoldaşları şəhidin nəşini Laçın rayonunun yüksəkliklərindən birində, döyüş gedən ərazidə axtarışlar zamanı aşkar ediblər. DNT analizi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.

Şəhid Saatlının Çolpu kəndində dəfn olunub. Mərasimdə şəhidin əsgər yoldaşları və qazilər iştirak ediblər: “Cəlal bizim igid, mərd, qeyrətli qardaşımız idi. Sayılıb-seçilən mərd igid qardaşımız idi. 28 oktyabrda qardaşımız şəhid oldu, biz yaralandıq. Allah rəhmət eləsin...”.

“Mən Cəlalın komandiri olsam da biz qardaş idik. Bizi sadəcə rütbə fərqləndirirdi. Cəlalın valideynlərinə səbr diləyirik. Cəlal, digər qazi qardaşlarımızın və əsgərlərimizin 30 illik həsrətinə son qoyduq. Artıq biz yox, düşmən hər yerdə utana-utana gəzəcək. Onlar bir oğul itirdilər, əvəzində çoxsaylı oğullar qazandılar. Bütün Azərbaycanın igid oğulları onların övladıdır”.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın