19:05 14 Yanvar 2021 45
Ana səhifə Xəbərlər

Vətən müharibəsində şəhid olmuş əsgər Tovuzda dəfn edildi

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu Tovuzda dəfn edilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu nəşi Tovuz rayonuna gətirilib. Onun yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra Şəhid doğulduğu Əsirik-Cırdaxan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun atasına təqdim edilib.

Yaxınları 20 yaşlı şəhidin vətənpərvər bir övlad olduğunu bildiriblər.

Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhid 44 günlük Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Tovuz

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın