18:52 13 İyul 2020 261
Ana səhifə Xəbərlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs yaxalandı

Müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərərçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, zərərçəkənlərdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan çoxsaylı müraciətlər əsasında həyata keçirilən əməliyyat nəticəsində hədə-qorxu və ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub.

Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın