13:52 08 Aprel 2021 58
Ana səhifə Xəbərlər

Vəzifəli şəxs qəzaya düşdü

Zaqatala baş verən yol qəzasında biri ağır olmaqla iki nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndindən keçən hissəsində baş verib.

1991-ci il təvəllüdlü Elbrus Yaqub oğlu Məmmədovun idarə etdiyi “BMV” markalı minik avtomobili ilə rayonun Muxax kənd sakini Hacı Məhəmməd Ramiz oğlu Yusubovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

H. Yusubovun vəziyyətinin qismən ağır olduğu bildirilir. Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya düşən E. Məmmədov Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın