15:20 03 Dekabr 2019 84
Ana səhifə Xəbərlər

Vüsal Qasımlı: “Azərbaycanda aparılan islahatlar fərqlənir”

“İslahatların məqsədlərindən biri dövlət müstəqilliyinin daha da gücləndirilməsidir”.

APA TV-nin məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında bildirib.

O bildirib ki, islahatların davamlı olması ölkəni daha da gücləndirəcək: “Azərbaycanda idarəetmə islahatlarının davam etməsi ölkənin rəqabət imkanlarını artırır. Mən düşünürəm ki, Prezident tərəfindən aparılan dövlət idarəetmə aparatının islahatları həm dövlət müəssisələri, həm də özəl sektor üçün yaxşı bir nümunə olacaq. Həm dövlət, həm də özəl qurumlar korporativ standartları tətbiq etmək üçün daha yaxşı imkanlar qazanacaq”.

V.Qasımlı deyib ki, Azərbaycanda aparılan dövlət idarəetmə islahatları digər ölkələrdən xeyli fərqlənir: “Azərbaycanda dövlət idarəetmə islahatları təkamül yolu ilə, heç bir sosial kataklizmlər, ictimai-siyasi gərginlik baş vermədən həyata keçir. Bu da islahatlara inamı artırır, islahatların daha çox fayda verməsinə şərait yaradır”.

V.Qasımlı qeyd edib ki, Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionun ən çox irəliləyişə nail olan ölkəsi Azərbaycandır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın