08:00 01 Aprel 2020 223
Ana səhifə Xəbərlər

Xaçmaz sakini maska tikərək pulsuz paylayır

Xaçmazlı dərzi Aynur Ağabalayevanın nəcib təşəbbüsü sakinlərin marağına səbəb olub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Qımılqışlaq kəndində yaşayan Aynur qısa müddətdə ev şəraitində 500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz paylayıb.

Xaçmaz şəhərindəki moda evlərindən birində dərzi kimi çalışan gənc xanım koronavirus təhlükəsi ilə əlaqədar ev şəraitində fəaliyyət göstərir. Tikdiyi maskaların satış üçün nəzərdə tutulmadığını bildirir. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır. Aynur Ağabalayeva maska tikmək üçün parçanın böyük hissəsini öz vəsaiti hesabına alıb. Ona bu işdə bəzi dostları da kömək edib: “Sosial məsuliyyətimi dərk edən bir vətəndaş kimi bunu özümə borc bildim ki, mən də bu işdə yardımçı olum ki, insanlar bu virusa yoluxmasınlar. Özümü bir müddət təcrid elədim, iş yerimi bağladım. Sonra büdcəmdən kiçik bir vəsait ayırıb parça aldım, bu işə başladım. Sonra dostlarımız da kömək etdi. Maskaları tikib zərurətdən çöldə olan insanlara paylamağa başladıq”.

Aynur Ağabalayeva digər həmkarlarını da bu təşəbbüsə qoşulmağa dəvət edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın