13:45 18 Sentyabr 2020 1033
Ana səhifə Xəbərlər

Xaçmazda dəhşətli qətl: qayınata və qayınanasını güllələdi

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.


APA TV-nin şimal bürosunun məlumatına görə, 46 yaşlı kənd sakini Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib.
57 yaşlı Sona Yunusova aldığı xəsarətdən yerindəcə ölüb. Onun həyat yoldaşı Beykəs Yunusov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.


Rəhman Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.


Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın