20:19 18 Aprel 2021 85
Ana səhifə Xəbərlər

Xaçmazda iki maşın toqquşub - XƏSARƏT ALANLAR VAR

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

"BNW" markalı avtomaşınla "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın