21:37 14 Sentyabr 2020 199
Ana səhifə Xəbərlər

Xaçmazda maşın aşıb - XƏSARƏT ALAN VAR

Bu gün Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İdarəetməni itirərək aşan avtomobil daha iki maşına ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın