11:28 15 Avqust 2020 591
Ana səhifə Xəbərlər

Xaçmazda narkotik yetişdirən şəxslər yaxalandı

Xaçmazda narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Yalama Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ləcət kənd sakini Şamil Pirəhmədov saxlanılıb.

Onun yaşadığı evdən 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Coşqun Cəbrayılovun da həyətindən 15 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın