Xaçmazda qadını maşın vurub
Xaçmazda maşın 33 yaşlı qadını vurub. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “Hyundai Elantra” markalı maşın piyada - Xaçmazın Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.