11:48 25 Fevral 2021 43
Ana səhifə Xəbərlər

Xaçmazda sakinlərə 40 min manat ziyan vuran dəstə üzvləri tutuldu

Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 min manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10 min manatdan çox pul və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Həmin şəxslər barəsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın