19:20 26 Mart 2020 179
Ana səhifə Xəbərlər

Xaçmazda “Tramadol” satan şəxs yaxalandı

Xaçmazda “Tramadol” satan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədilə saxladığı 58 ədəd “Tramadol” həbləri aşkar edilib.

Saxlanılan Zaur Mustafayev “Tramadol” həblərinin hamısını polis əməkdaş.larına təhvil verdiyini bildirib: “Rayona gəlirdim polislər məni saxladı. Üstümdə 6 list “Tramadol” var idi. Onları aşkar edib götürdülər. Hamısı özümə məxsus idi, hamısını polisə təhvil verdim”.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın