13:01 01 İyul 2020 322
Ana səhifə Xəbərlər

Xaçmazda zibilxanadan silah-sursat tapıldı

Xaçmazda zibilxanadan silah-sursat tapılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinə Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5 mm-lik patronlar aşkar olunub.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın