11:01 20 Sentyabr 2020 465
Ana səhifə Xəbərlər

Xaçmazın Palçıqoba kəndində yanan məktəb binası yenidən tikiləcək?

Xaçmaz rayonu, Palçıqoba kənd tam orta məktəbi bu ilin iyul ayında yanıb.

APA TV-nin şimal bürosunun verdiyinin məlumata görə, sovet dövründə inşa olunan məktəb binasının əsas korpusu yanğından sonra tamamilə yarasız vəziyyətə düşüb.

Məktəbdə 5 kənddən 352 şagird təhsil alır. Yanğından sonra 2020-2021-ci təhsil ilində dərslər yardımçı binada, yanmış binanın iki otağında və məktəbdən kənarda yerləşən mağazada keçirilir:

Kənd tam orta məktəbinin direktor müavini Nurlan Kərimov deyir ki, oktyabr ayında şagirdlərin hamısı məktəbə gələndə sinif çatışmazlığı yaranacaq: “Artıq dərslərə başlamışıq. Məktəbin ikinci korpusundan istifadə edirik. Burda sinif otaqları azdır, cəmi 5 sinif otağımız var. Məcburiyyət qarşısında qalıb yanmış binanın iki otağından və kənarda yerləşən bir mağazadan sinif otağı kimi istifadə edirik. Oktyabr ayında dərslər tam başladıqda şagirdləri yerləşdirmək üçün sinif çatmır”.

Şagirdlər də yeni məktəb binasının tikilməsini istəyirlər:

- Məktəbimiz yanıb, biz məktəbə gələndə gördük yanıb. İndi də inşallah təzə məktəb tikərlər.

- Mən istəyirəm ki, məktəbimiz təzə təmirli, yaxşı olsun. Biz də məktəbə rahat gedib gələk. İstəyirəm ki, məktəbimizi yaxşı tiksinlər.

Məsələ ilə bağlı Xaçmaz Təhsil Şöbəsindən APA TV-yə verilən məlumata görə, Palçıqoba kənd tam orta məktəbinin yenidən inşası nəzərdə tutulub. Bu ilin sonunda tikintisinə başlanılacaq təhsil ocağının gəlin il istifadəyə verilməsi planlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın