19:20 24 Noyabr 2020 182
Ana səhifə Xəbərlər

Xalq artisti Əjdər Həmidov vəfat edib

Teatr və kino aktyoru, xalq artisti Əjdər Həmidov vəfat edib.

Bu barədə APA TV-yə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

Qeyd edək ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb. Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın