16:13 18 Aprel 2021 69
Ana səhifə Xəbərlər

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

APA TV xəbər verir ki, “Təzə Pir” məscidində vida mərasimi başa çatdıqdan sonra o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artistinin dəfn mərasiminə əklil göndərib.

Dəfndə xalq artistinin sənət yoldaşları iştirak edib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Qeyd edək ki, E. Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın