21:20 14 Oktyabr 2019 84
Ana səhifə Xəbərlər

Xanım sürücü Bakıda qəza törətdi

Bakıda iki maşın toqquşub.

APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

Səbinə Mirzəyevanın idarə etdiyi 90 RD 126 dövlət nömrə nişanlı, “GAC” markalı avtomobil Famil Eminovun idarə etdiyi 33 BD 444 dövlət nömrə nişanlı, “Nissan Maxima” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi zərər dəyib.

Şahidlərin dediyinə görə, hadisə “Nissan” markalı avtomobilin qəfil dayanması və “GAC” markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verib.

Ölən və xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın