00:00 19 Noyabr 2019 240
Ana səhifə Xəbərlər

Xəzərdə batan neftçinin meyiti tapılıb

Xəzərdə batan neftçinin meyiti tapılıb.

APA TV-nin məlumatına görə, bədbəxt hadisə noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında qeydə alınıb.

1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlu həmin ərazidə batıb. FHN-dən verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Şərifov neftçi olub. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən onun qurumun əməkdaşı olmadığı bildirilib: "İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın