18:04 26 Fevral 2021 59
Ana səhifə Xəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Goranboyda anılıb

Goranboy rayonunda, xocalıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Mərasimdə çıxış edənlər Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bir qətliam, vandalizm faktı olduğunu bildiriblər.

Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində də soyqırımın 29-cu ildönümü ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Ağcakənd qəsəbəsində Xocalıdan köçkün düşmüş 300 ailə məskunlaşıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın