06:00 01 Aprel 2020 227
Ana səhifə Xəbərlər

Xüsusi karantin rejimini pozan kafe sahibi həbs edildi, müştəriləri cərimələndi

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətiriliblər.

Kafenin sahibi Elgiz Rəhimov inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın