17:37 22 Yanvar 2021 104
Ana səhifə Xəbərlər

Yağan qardan sonra Bakıda təmizlik işləri aparılır

“Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri aparılır”.

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyib.

Onun sözlərinə görə, yanvarın 20-dən başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən paytaxtda payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, bəzi yerlərə duz səpilib: “Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospektlərin, eləcə də küçələrin kənarları çirklənmədən təmizlənib, səki kənarları, işıq dirəkləri yuyulub, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib”.

Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, onlara lazımı qulluq edilib.

İcra Hakimiyyətinin rəsmisi onu da bildirib ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

İslam Qədirli,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın