07:20 19 Noyabr 2019 334
Ana səhifə Xəbərlər

Yağış, leysan, qar: çaylarda daşqın gözlənilir - TEMPERATUR KƏSKİN ENİR

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın