04:40 22 Fevral 2020 155
Ana səhifə Xəbərlər

YAP Gürcüstanda yaşayan soydaşlarımıza kitablar göndərəcək

Yeni Azərbaycan Partiyası İcra Katibliyində Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanmış dərsliklərin təqdimatı keçirilib.

APA TV-nin məlumatına görə, Partiyanın könüllüləri tərəfindən toplanmış dərsliklərin təqdimatında çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu tədbir Prezident İlham Əliyevin elan etdiyi "Könüllülər ili" çərçivəsində həyata keçirilir: “Kitablar artıq yığılmışdır. İlkin olaraq 800 kitabı Gürcüstanda yerləşən 64 saylı orta məktəbə təhvil verməyi nəzərdə tutmuşuq. Gürcüstan bizə qonşu dövlətdir. Orada kifayət qədər azərbaycanlılar var. Ora bizim tarixi torpağımız olmuşdur”.

YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Misirxan Həsənov bildirib ki, ümumilikdə 500 adda 2 mindən çox kitab toplanılıb.

Toplanılan kitablar əsasən ibtidai və orta məktəb dərslikləri, bədii əsərlər və uşaq ədəbiyyatından ibarətdir.

Qeyd edək ki, Gürcüstanlı soydaşlarımız üçün nəzərdə tutulmuş kitablar sözügedən ölkəyə fevralın 23-də yola salınacaq.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın