12:40 27 Fevral 2020 234
Ana səhifə Xəbərlər

Yardımlıda narkobaron və oğlu güllələndi – HADİSƏNİ QARDAŞI OĞLU TÖRƏDİB

Yardımlıda narkobaron və oğlu güllələnərək öldürülüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Eçara kəndində baş verib.

Masallı sakinləri - Şəmsəddin Kərimov və onun oğlu Niyaməddin Kərimov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Qətli törədən şəxsin qaçaraq hadisə yerindən uzaqlaşdığı, qanlı hadisənin torpaq mülkiyyəti ilə bağlı - ferma üstündə baş verdiyi bildirilir.

Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yardımlı Rayon Şöbəsinə təhvil verilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, fevralın 27-də saat 12:00 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirib. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, güllənənlərdən biri kriminal aləmdə "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur. O, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın