19:20 06 İyun 2020 306
Ana səhifə Xəbərlər

Yaşadığı ünvandan 41 ədəd çətənə kolu aşkarlandı - ŞƏXSİ İSTİFADƏSİ ÜÇÜN ƏKİB-BECƏRİB

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın