17:38 30 Noyabr 2020 186
Ana səhifə Xəbərlər

Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri barədə cinayət işi açıldı

Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, virus daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər müəyyən edilmiş tibbi prosedurları gözləməklə Emin Cəfərquliyevi yaşadığı evə qaytarıblar.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronovirus xəstəsi olan Zaur Əsədov qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb.

Onun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın