13:19 08 Aprel 2021 57
Ana səhifə Xəbərlər

Yaşayış yerini tərk edən COVI-19 xəstəsi barədə cinayət işi başlandı

Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, aparılan araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıblar.

Fakla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın