15:56 29 Noyabr 2020 526
Ana səhifə Xəbərlər

Yaşayış yerinin qanunsuz tərk edən koronaviruslu şəxsə cinayət işi başlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın