08:00 13 Noyabr 2019 156
Ana səhifə Xəbərlər

Yeni doğulan hər körpəyə 500 manat verilə bilər - PARLAMENTDƏ TƏKLİF

Azərbaycanda yeni doğulan uşağa görə 500 manat verilməsi təklif edilir.

APA TV-nin məlumatına görə, bu təkliflə Milli Məclisdə deputat Əli Məsimli çıxış edib: “Əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: “Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətiribçıxaracaq. Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır”.

Deputat əlavə edib ki, 27 milyard manta büdcəsi olan ölkəm üçün bu o qədər də böyük məbləğdeyil.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın