02:40 23 Yanvar 2020 577
Ana səhifə Xəbərlər

Yol hərəkətini pozan piyadalara qarşı reyd keçirilib - GƏNCƏDƏ

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

Gəncədə Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var. Belə ki, ani bir diqqətsizlik acı sonluqlarla nəticələnir.

Bu və ya digər amilləri nəzərə alaraq, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının, şəhərin intensiv hərəkətli küçələrində yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirib. Reyd şəhərin mərkəzində baş tutub.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin bir neçə küçə və prospektində baş tutan reyd zamanı 10-a yaxın piyada inzibati qaydada cərimələnib. Reydin keçirilməsində əsas məqsəd piyadaların vurulması ilə nəticələnən hadisələrin qarşısını almadan ibarətdir.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb hələ də keçiddən yox, yoldan keçən piyadalar da var. Yol polisi yeraltı keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərimələyib. Piyadalar isə sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçməyə cəhd edir. Görüntülər Gəncə şəhərində piyadalara qarşı keçirilən reyddəndir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər.

Qeyd edək ki, piyadalara qarşı reydlər şəhərdə mütəmadi olaraq keçiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın