10:40 06 Dekabr 2019 64
Ana səhifə Xəbərlər

Ana və azyaşlı övladı ölümdən döndü - BAKIDA QƏZA

Paytaxtda 2 nəqliyyat vasitəsi toqquşub.

APA TV-nin məlumatına görə, qəza Yasamal rayonu ərazisində, "İnşaatçılar" metro stansiyasının yaxınlığında qeydə alınıb.

"QAZel" markalı yük maşını ilə "Honda" markalı minik avtomobilinin toqquşması nəticəsində "Honda"nın sərnişinləri - 1989-cu il təvəllüdlü Aysel Məmmədova və onun azyaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın