20:40 16 Oktyabr 2019 180
Ana səhifə Xəbərlər

Yola çıxan inəyi 2 maşın vurub öldürdü - YARALI VAR

Yevlaxda yola çıxan heyvan zəncirvarı qəzaya səbəb olub.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

“JEEP” markalı maşın qəfil yola çıxan inəyi vuraraq yaralayıb.

Ardınca “VAZ 2107” markalı digər avtomobil inəyə sonra isə qəzalı durumda olan “JEEP”ə çırpılıb. İribuynuzlu mal ölüb. “Jiquli”nin sərnişini - Samux rayon sakini 1962-ci il təvəllüdlü Ələkbərova Təranə Mənsur qızı müxtəlif xəsarətlər alıb. Yaralı dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın