14:22 28 İyun 2020 1594
Ana səhifə Xəbərlər

Yük maşını ilə minik maşını toqquşdu, sürücü öldü - SABİRABADDA

Sabirabadda baş verən qəzada sürücü ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib. “FORD” markalı yük avtomobili Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 1980-ci il təvəllüdlü Əsgərov Şamxal Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Sonuncunun sürücüsü Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın