12:40 20 Yanvar 2020 291
Ana səhifə Xəbərlər

Yük maşınları toqquşdu, “Qazel” alışaraq yandı: LƏNKƏRANDA DƏHŞƏTLİ QƏZA

Lənkəranda yük maşınlarının toqquşması nəticəsində bir nəfər yanaraq dünyasını dəyişib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, dəhşətli qəza Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. Rusiya vətəndaşına məxsus "Volvo" ilə "QAZel" markalı yük maşınları toqquşub. Nəticədə "QAZel" markalı yük maşını alışıb. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri “Qazel”in sürücüsü, Cəlilabad rayon sakini, 1983-cü il təvəllüdlü Rasif Əzizovun yanmış cəsədini çıxarıblar. Onun meyidi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın