01:20 07 Dekabr 2019 103
Ana səhifə Xəbərlər

Yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - Xaçmazda

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qoşqulu yük maşını ilə "Lada Priora" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini dünyasını dəyişib. Onlar Xaçmaz rayon Çarxı kənd sakinləri 32 yaşlı Rəşid Elşad oğlu Əliyev və 42 yaşlı Fariz Balazahid oğlu Hüseynovdur.

Qəza nəticəsində yolda tıxac yaranıb, hərəkət bir müddət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın