04:40 19 Sentyabr 2019 96
Ana səhifə Xəbərlər

Yüksək sürətin nəticəsi: qadın öldü, sürücü... - GORANBOYDA QƏZA

Goranboyda ölümlə nəticələnən qəza baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb.

İdarəetmədən çıxan “BMW” öncə elektrik dirəyinə, daha sonra isə qaz borusuna çırpılaraq aşıb. Nəticədə hələlik şəxsiyyəti dəqiqləşdirilməmiş 1 qadın xəstəxanaya aparılarkən yolda keçinib.

İlkin məlumata görə o, Sumqayıt sakinidir. Xəsarət alan 29 yaşlı Tərtər rayon sakini - Tural Abdullayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirib.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Avtomobilin dəydiyi qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində 1000-dən artıq abonent qazsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın