14:41 14 İyul 2020 234
Ana səhifə Xəbərlər

Zaqatala sakini keçmiş arvadının boğazını şüşə ilə kəsdi

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə parçası ilə kəsib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü Həmzə Oqtay oğlu Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Qumru Bayram qızı Balayevanın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib. Qumru Balayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın