12:12 25 Yanvar 2021 120
Ana səhifə Xəbərlər

Zaqatalada ağır yol qəzası - SÜRÜCÜ VƏFAT ETDİ 


Zaqatalada baş verən ağır yol qəzasında sürücü ölüb.


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə yanvarın 24-ü axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Yuxarı Tala kənd inzibati ərazisindən keçən hissəsində yol qəzası baş verib.


Zaqatala rayon Aşağı Tala sakini, 1989-cu il təvəllüdlü Anar Abdulla oğlu Musayev idarə etdiyi “VAZ 21099” markalı 62 BD 401 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.


Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Anar Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Verilən məlumata görə, Anar Musayeva açıq kəllə-beyin travması diaqnozu qoyulub, xəstəxanaya daxil olduqdan bir-neçə saat sonra dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın