Zaqatalada bədbəxt hadisə - RAYON SAKİNİNİN QOLU AQREQATIN ARASINDA QALDI
Zaqatalada bədbəxt hadisə baş verib.
APA TV-nin məlumatına görə, kənd sakini Şərif Şabanov traktora qoşulan aqreqatla mal-qara üçün ot doğrayan zaman ehtiyatsızlıq edib. Nəticədə onun sağ qolu aqreqatın dəmir çarxları arasında qalıb.
Yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan Şərif Şabanovun qolu dirsək nahiyədən amputasiya edilib, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.