19:20 15 Yanvar 2020 151
Ana səhifə Xəbərlər

Zaqatalada qızıl oğrusu saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. APA TV- nin yerli bürosunun məlumatına görə polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini 22 yaşlı Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə Zaqataladakı qızıl dükanlarına satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Əhməd Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın