18:15 14 Sentyabr 2020 194
Ana səhifə Xəbərlər

Zaqatalada son iki həftə ərzində “Azərpoçt”un iki şöbəsinə basqın olub

Zaqatalada son iki həftə ərzində “Azərpoçt”un iki şöbəsinə basqın olub.

APA TV-nin məlumatına görə, sentyabr ayının birinci on günlüyündə “Azərpoçt”un Zaqatala rayon filialının Qaladüzü adlanan yaşayış massivi və Yuxarı Tala kənd ərazisində fəaliyyət göstərən poçt şöbələrinə gecə saatlarında nəməlum şəxs və yaxud şəxslər tərəfindən basqın edilib.

Naməlum şəxs və yaxud şəxslər hər iki poçt şöbəsinin inzibati binasının pəncərəsindən dəmir barmaqlıqları dağıtmaqla içəri daxil olublar. Lakin onlar poçt şöbələrində olan dəmir seyfə müdaxilə edə bilməyiblər. Binadan oğruluq edə bilməyən şəxslər ərazini tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın