09:20 06 Noyabr 2019 59
Ana səhifə Xəbərlər

Zaqatalada xurma qurutma sexi yandı

Zaqatalada xurma qurutma sexi yanıb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Danaçı kəndində qeydə alınıb.

Kənd sakini Əli Abdulla oğlu Coliyevin yaşadığı evin həyətyanı sahəsində taxta materialdan tikilmiş, xurma qurutma sexində yanğın baş verib.

Tikili və içərisində qurudulmaq üçün yığılmış bir tondan çox xurma yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın