20:40 15 Yanvar 2020 275
Ana səhifə Xəbərlər

Zaqatalada yaşayış evində partlayış - 92 YAŞLI QADIN XƏSARƏT ALDI

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib.


1928-ci il təvəllüdlü Asiyə Məmmədova özünə məxsus evdə qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın nəticəsində 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın