17:22 03 May 2021 96
Ana səhifə Xəbərlər

Zaqatalada yeni doğulan körpə iki gün sonra öldü

Zaqatala rayonunda yeni doğulan körpə ölüb.

APA TV-nin məlumatına görə, rayonun Qımır kənd sakini, 1988-ci il təvəllüdlü Rəvanə Xəlilova üçüncü uşaq dünyaya gətirmək üçün aprelin 30-da Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə daxil olub.

Qadının həyat yoldaşı Fərman Xəlilovun verdiyi məlumata görə, Rəvana Xəlilova xəstəxanaya daxil olduqdan bir gün sonra, mayın 1-də təbii yolla oğlan uşağı dünyaya gətirib.

Doğuşdan sonra həkimlər uşağın səhhətində problem olduğunu bildiriblər. Körpənin Şəki Regional Perinatal Mərkəzinə köçürülməsinə qərar verilib. Körpə mayın 2-si axşam saatlarında Şəki Regional Perinatal Mərkəzində ölüb.

Fərman Xəlilov övladının ölümündə Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimi Sədaqət Şəfiyevanı günahlandırır. Atanın sözlərinə görə, həkim doğuş zamanı həkim körpənin başını zədələyib.

Doğuşu qəbul edən həkim Səadət Şəviyeva APA TV-nin yerli bürosuna bildirib ki, doğuş zamanı uşağın baş nahiyəsinə heç bir zədə yetirilməyib. Uşaq anadan olanda ciftdə düyün olduğu məlum olub.

İlkin ehtimala görə, uşağın ölümünə bu səbəb olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın