17:20 10 Avqust 2019 45
Ana səhifə Xəbərlər

Zaqatalada zəlzələ oldu - 6 BAL

Zaqatalada 6 bal gücündə zəlzələ olub. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar avqustun 10-da, saat 11:35 radələrində, rayon mərkəzindən 18 km cənub-qərbdə, rayon ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Dağıntılar və hər hansı xəsarət alan olmasa da, sakinlər arasında həyəcan yaşanıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, bununla bağlı Təcili Yardım Şöbəsinə 6 nəfər müraciət edib. Rayon Fövqəladə Hallar Komissiyası baş verən zəlzələdən sonra yaşayış məntəqələri ilə əlaqə saxlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın