11:23 14 Aprel 2021 52
Ana səhifə Xəbərlər

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın