13:47 05 Dekabr 2020 206
Ana səhifə Xəbərlər

Zərdabda koronavirus xəstəsi barədə cinayət işi açıldı

Zərdabda ev şəraitində müalicə alan koronavirus xəstəsinin virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan rayonun Pərvanlı kəndində yaşayan Fərahim Məmmədov karantin qaydalarını kobud şəkildə pozaraq, polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə SMS göndərilməsinə baxmayaraq, bu göstərişlərə əməl etməyib.

Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Fərahim Məmmədovun Pərvanlı kəndinin inzibati ərazisində ictimai yerlərdə olması polislər tərəfindən müəyyən edilib. Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu yaşadığı evə qaytarıblar. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın