06:40 18 Noyabr 2019 113
Ana səhifə Xəbərlər

Zərdabda narkotik alverçiləri tutuldu - POLİS ƏMƏLİYYATI

Zərdabda narkotacirlər ələ keçib.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, rayonun iki kəndində keçirilən polis əməliyyatı nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Sarıqaya kənd sakini Mehman Şükürovun həyətindəki gizli saxlanc yerilərindən 4 kiloqram 785 qram marixuana götürülüb. Narkotik vasitələr satış üçün qablaşdırılmış vəziyyətdə tapılıb.

Məlikli kəndində keçirilən əməliyyat zamanı isə Səbuhi Qədirov tutulub. Onun evindən 481 qramdan artıq marixuana aşkar edilib.

Hər iki şəxs narkotik satdığını etiraf edib.

Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın